İranda edam olunmuş etirazçının evinə basqın edilib
Məhəmməd Mehdi Kərəminin anası və qardaşı saxlanıldıqdan bir saat sonra sərbəst buraxılsa da, onun atası hələ də azad edilməyib. Maşallah Kərəminin vəziyyəti və saxlandığı yer barədə hələ də məlumat yoxdur.
“Dadban” hüquq məsləhət mərkəzindən bildirilib ki, Kərəmi ailəsinin üzvlərindən əlavə, ailənin vəkili Əmir Hüseyn Kuhkən da həbs olunub.
Bu il yanvarın 7-də Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni etirazlarda və “Kərəc şossesi”ndə Hədis Nəcəfinin 40 mərasimi zamanı “Bəsic” üzvü Ruhullah Əcəmiyanın öldürülməsində “iştirak etmək” ittihamı ilə edam olunublar.
Hər iki gənc etirazçı ölüm hökmü icra olunmazdan əvvəl onlara qarşı irəli sürülən ittihamları rədd etmiş və həbs zamanı ağır işgəncələrə məruz qaldıqlarını bildirmişdilər.
AzVision.az