İsmayıl Xətib: düşmən seçkiləri hədəfləyib
“Düşmənin ən mühüm planı sabitliyi pozmaq və seçkilərdə iştirakı azaltmaqdır. Kəşfiyyat ictimaiyyəti daha çox birləşməlidir. Bu prosesin qarşısını almaq üçün media və hökumət qurumları kiber səylərini ikiqat gücləndirməlidir. Onların iğtişaşların ildönümü ilə bağlı planları olsa da, əsas hədəfləri bu il keçiriləcək seçkilərdir”, - Xətib deyib.
Xətib kimləri nəzərdə tutduğunu dəqiqləşdirməsə də, İran rəsmiləri adətən Qərb dövlətlərini, bəzi region ölkələrini, ölkə daxilində və xaricində olan iranlı rəqibləri “düşmən” adlandırırlar.
AzVision.az