Rəisi və Kişida BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklər
Gözlənilən görüşün səbəblərini təhlil edən agentlik, Yaponiyanın baş naziri Fumio Kişidanın keçən il Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində də İran prezidenti İbrahim Rəoisi ilə görüşdüyünə diqqət çəkib.
“ABŞ və Avropa ilə danışıqlar dalana dirəndiyindən İran beynəlxalq təcriddən qaçmaq üçün ənənəvi dost ölkə olan Yaponiya ilə əlaqələri yaxşılaşdırmağı planlaşdırır”, - agentlik yazıb.
“Kyodo” keçiriləcək görüşdə Ukrayna müharibəsində istifadə edilən İran PUA-ların Rusiyaya təhvil verilməsi məsələsinin də müzakirə olunacağını proqnozlaşdırıb. Xəbərdə İbrahim Rəisinin Yaponiyanın baş nazirini İrana səfərə dəvət etdiyinə və İranın Yaponiyadakı 3 milyard dollarlıq aktivlərinə qoyulan embarqonu aradan qaldırmaq istəyinə də eyham vurulur.
Yaponiyanın Xarici İşlər nazirliyi hələlik bu xəbərlə bağlı heç bir şərh verməyib.
AzVision.az