Vang Yi: Tehranın Ər-Riyadla əlaqələri yaxşılaşır
“Çin İran tərəfinin düzgün qərarını yüksək qiymətləndirir və Pekin Yaxın Şərq ölkələrinin milli şərtlərinə uyğun inkişafa nail olmaq üçün dəstəyini davam etdirəcək”, - Yi deyib.
İranla və Səudiyyə krallığı bu ilin mart ayında Çinin vasitəçiliyi ilə 7 ildən sonra əlaqələrini bərpa edərək, qarşılıqlı şəkildə səfirliklərini yenidən açıblar. Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşması Yəmən müharibəsi də daxil olmaqla, Yaxın Şərqdəki digər böhranlara da öz təsirini göstərir.
Çinin Xarici İşlər naziri həmçinin yalnız JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) bütövlüyünün bərpası və tam icrası ilə İranın nüvə proqramı ətrafında mübahisəni əsaslı şəkildə həll etməyin mümkünlüyünü vurğulayıb.
JCPOA-nı canlandırmaq cəhdləri isə hələlik nəticə verməyib. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2019-cu ildə ölkəsini nüvə sazişindən çıxararaq, yeni razılaşma imzalamaq üçün “maksimum təzyiq strategiyası” çərçivəsində Tehrana qarşı geniş sanksiyalar tətbiq edib. O vaxtdan bəri İran JCPOA çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərdən imtina edərək nüvə fəaliyyətlərini genişləndirib. Co Bayden hökuməti JCPOA-nı canlandırmaq üçün danışıqların yeni raunduna başlasa da, proses ötən ilin yayından dayandırılıb.
AzVision.az