Nigerdə üsyançılarla danışıqlar uğursuz başa çatıb
Məlumata görə, ECOWAS-un nümayəndə heyəti Nigerdən Nigeriyanın paytaxtı Abucaya uçub. İddialara görə, nümayəndə heyəti üzvləri qiyamçıların yaratdığı Vətəni Qurtuluş Milli Şurasından üzv ölkələrin onları təqib etməyəcəyinə dair vəd vermək müqabilində hakimiyyətdən əl çəkməyi tələb ediblər.
Bundan əvvəl “Əl Ərəbiyyə” kanalı Nigerdə vəziyyətin nizamlanması üzrə danışıqların uğursuzluğundan sonra ECOWAS nümayəndə heyətinin respublikanı tərk etmək niyyətində olduğunu bildirmişdi. Üsyançılar devrilmiş prezident Məhəmməd Bazumu azad etməkdən və vəzifəsinə bərpa etməkdən imtina ediblər.
Qeyd edək ki, ECOWAS-un nümayəndə heyəti danışıqlar aparmaq üçün avqustun 19-da Nigerin paytaxtı Niamey şəhərinə gəlmişdi.
AzVision.az
Teqlər: Niger