Fransada istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib
Beləliklə, "narıncı" xəbərdarlıq səviyyəsinin elan edildiyi departamentlərin sayı 49-a yüksəlib.
Fransanın cənub rayonlarında havanın temperaturu avqustun 20-də 35-38 dərəcəyə çatacaq. Eyni zamanda, Rona vadisinin aşağı hissəsində 40 dərəcədən artıq isti gözlənilir.
Qeyd olunur ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək.
AzVision.az