İbrahim Rəisi Əsədullah Əsədi ilə görüşüb

Avropada terror aktı törətməyə cəhddə günahlandırılan sabiq diplomat Əsədullah Əsədi mühakimə olunub və həbsxanaya düşüb.
Görüşdə İran prezidenti Əsədinin Avropada həbsi və mühakimə olunmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
“İnsan haqları iddiaçıları bir daha göstərdilər ki, onlar heç bir qanuna əməl etmirlər və iranlı diplomatların diplomatik toxunulmazlıqlarını görünməmiş və aydın şəkildə pozmaqla beynəlxalq qanunları, norma və prinsipləri pozublar”, - Rəisi deyib.
Bu il mayın 26-da Belçikada həbsdə olan iranlı diplomat Əsədullah Əsədi ilə İranda həbsdə saxlanılan belçikalı yardım işçisi Olivye Fandekastelin mübadiləsi aparılıb. Əsədinin azadlığa buraxılması müqabilində İran iyulun 3-də bir Danimarka vətəndaşını, habelə Kamran Qədri və Məsud Müsahib adlı iki Avstriya-İran vətəndaşını da azad edib.
AzVision.az