Salehi: hökumət benzinin qiymətini tətikləyib
“2019-cu ildə benzin istehlakı artdığı halda, istehsal qeyri-kafi olub və gəlirləri azalan hökumət büdcəsini kompensasiya etmək istəyib, ona görə də benzinin qiymətini 3 dəfə qaldırıblar. Bu hərəkət sosial ziyana səbəb olub, cəmiyyətdə nalayiq vəziyyət yaranıb və bu il də belə ola bilər. İranın neft emalı zavodları yenilənmir və ölkədəki avtomobil sənayesi səmərəsizdir, standart avtomobillər istehsal etmək iqtidarında deyil, digər tərəfdən isə hökumət və məsul qurumlar nəqliyyat parkının modernləşdirilməsi üçün heç bir tədbir görməyib. Biz özümüzü pis günlərə hazırlamalıyıq və o günlərdir ki, qonşularımız öz maraqlarını başqa yerlərdə güdürlər.Biz qonşulara ehtiyac duymadan öz ayaqlarımız üzərində dayana bilməliyik ki, belə vəziyyətlərdə başqalarına ehtiyacımız olmasın”, - Salehi deyib.
Bir neçə gün öncə İbrahim Rəisinin sədrliyi ilə qaz, benzin, dizel və elektrik enerjisi sektorunda enerji tarazlığının pozulmasının nəzərdən keçirilməsi ilə bağlı Ali Energetika şurasının iclası keçirilsə də, hökumət rəsmiləri yığıncağın təfərrüatlarını açıqlamayıb.
Neft nazirliyinin rəsmiləri bu ilin aprelində benzin istehlakının hasilatdan artıq olduğunu təsdiqləyərək, mövcud kəsiri ödəmək üçün Rusiyadan benzin aldıqlarını bildiriblər.
Bununla belə, son həftələrdə geniş yayılmış benzin qıtlığından və bir çox yanacaqdoldurma məntəqələrinin bağlanmasından əvvəl Rusiyanın İrana benzin satışını dayandırdığı barədə məlumatlar yayılmışdı.
AzVision.az