Bu qəhvə istehsalçısı da Rusiyanı tərk edir
Həmçinin, istehsalçı Rusiyada satışla bağlı Monarch üçün Jacobs qlobal brendinin yeni məhsullarını göndərməyəcək. İstehsalçı ölkədə qalmaq üçün biznesində dəyişikliklər edir.
Avqustun 3-də JDE Peet's Rusiyada fəaliyyətlərinin azaldılmasını elan etdi. 2023-cü ilin sonuna qədər Rusiya bazarında xarici brendlərin, ilk növbədə, "Jacobs"un satışı dayandırılacaq. Yalnız Monarch adlı yerli məhsullar qalacaq.
Şirkət nümayəndəsinin sözlərinə görə, Rusiya bazarında iş Qərbin sanksiyalarına zidd deyil, ona görə də JDE Rusiyanı tamamilə tərk etmək niyyətində deyil. Hazırda şirkətin yerli bölməsində 900-dən çox işçi çalışır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: