Ukraynada Ermənistan minaları tapıldı - FOTOFAKT
“Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minalar verməsi barədə məlumat daxil olmayıb. Amma mən hələlik nəticələr çıxarmaq üçün tələsmək istəməzdım. İndiki mərhələdə bu minalardan nə qədərinin Rusiya ordusu tərəfindən istifadə edildiyini və ümumiyyətlə, bu minaların onların əlinə necə düşdüyünü söyləmək çətindir. Tədarük şəklində və ya qaçaqmalçılıq yolu ilə də ola bilər”, - deyə Kovalenko qeyd edib.
Onun sözlərinə görə, müvəqqəti olaraq işğal edilmiş Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər. “Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağı ziyarət edib və döyüşə könüllülər göndərib. Gizli təchizat kanalı yaradılmış ola bilərdi”, - deyə Aleksandr Kovalenko vurğulayıb.
AzVision.az
Teqlər: