Sülhməramlı separatçını ifşa etdi: "Pul alıb aksiya keçirirsiniz" - VİDEO |
Qışqır-bağır salan Xankəndi sakini qeyd edib ki, “qoy hamı hələ də heç bir məsələni həll etməyən Rusiya sülhməramlılarının dinc nümayişçilərə qarşı necə güc tətbiq etdiyini görsün”.
İnsidenti "Mamul"a şərh edən erməni politoloq Robert Qevondyan isə maraqlı fikirlər səsləndirib. O, xatırladıb ki, “Qışda bir qrup erməni Laçın şəhərinə getmək istəyəndə də rus sülhməramlıları onların yolunu tikanlı məftillərlə bağlamışdı: "Bu gün həmin sülhməramlılardır ki, Qarabağ ermənilərinin bağladıqları yolu zorla açırlar".
"Onlar ekoaktivistlər, yolu bağlayan azərbaycanlılara qarşı da eyni cür davranmalı idilər. Lakin həmin hadiəsələr zamanı rusların fəaliyyətsizliyi nümayiş olundu. Bu, məncə, BMT Təhlükəsizlik Şurasında rusların daha neytral sülhməramlılarla əvəzlənməsi tələbi üçün kifayət edəcək faktlardır", - politoloq vurğulayıb.
Qeyd edək ki, bu gün separatçıların qondarma partiya rəhbərlərindən biri olan Artur Osipyan sülhməramlıların zabiti ilə olan mübahisə videosunu yaymışdı. Rus hərbçi separatçını ifşa edərək demişdi ki, "Pul alıb aksiya keçirirsiniz!".
Tural Tağıyev
AzVision.az