Qeyd olunur ki, Leklerin idarə etdiyi "Robin DR400" təyyarəsi çərşənbə axşamı səhər saatlarında Fransanın qərbindəki yeni Akvitaniya bölgəsindən Atlantik okeanı sahilindəki La-Baule-Eskoublak kommunası istiqamətində havaya qalxıb.
Rusiyada hidrotəyyarə belə qəzaya uğradı - VİDEO |
Təyyarənin yoxa çıxmasından bir neçə saat sonra səlahiyyətli şəxslər helikopter və jandarmaların iştirakı ilə SATER quru və havadan axtarış-xilasetmə əməliyyatına başlayıb.
"Axtarış aparan qrup gəminin qalıqlarını aşkarlaya bilib. Qruplara yaxın mənbənin sözlərinə görə, iki sərnişinin cəsədi ilə yanaşı təyyarənin göyərtəsində üçüncü adamın olmasını göstərən fraqmentlər də tapılıb", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az