Sinanyan: "İrəvan İranla dostluq əlaqələrinə önəm verir"
Qeyd edilir ki, Sinanyan səfirə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi proqramları təqdim edib.
"Ermənistan-İran tarixi və mədəni əlaqələri, bir çox sahələrdə əməkdaşlıq nümunələri möhkəm əlaqələrə dəlalət edir. Ermənistan İranla dostluğa önəm verir və ikitərəfli əlaqələri yüksək qiymətləndirir", - Sinanyan bildirib.
Tərəflər "minillik" Ermənistan - İran əlaqələrinin əhəmiyyətini, ikitərəfli münasibətlərdə erməni diasporunun rolunu vurğulayıb, yeni sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: