İran parlamenti “İffət və hicab” qanunu layihəsinin girovuna çevrilib
“Qanun layihəsində 18 yaşına çatmamış şəxslər üçün “həbs və həbsxana” cəzası yoxdur, lakin onlar üçün “maliyyə cərimələri və sosial hüquqlardan məhrumetmə” nəzərdə tutulub. Həmçinin pasport, iş, təhsil, bank hesabı, internet və telefon kimi şeylər də 18 yaşdan kiçik qızlara tədbiq edilə biləcək məhrumiyyətlərə daxildir”, - Cəlali deyib.
Parlamentin Məhkəmə-hüquq komitəsinin 70 maddədən ibarət dərc etdiyi mətndə 18 yaşına çatmamış şəxslərə belə cəzalar açıq şəkildə göstərilmir. Bu qanun layihəsinin 46-cı maddəsinin beşinci qeydi istisna olmaqla, 61-ci maddədə “Qeyri-dövlət bankları, sərnişindaşıma müəssisələri, mağazalar, qəsəbə və ya komplekslərin sahibkarları və vəzifəli şəxslərindən” qanunu pozanların şəxsiyyətini müəyyənləşdirmək üçün kamera görüntülərini təmin etməsi tələbi qoyulur.
Qeyd edək ki, İranın müxtəlif şəhərlərində qadınların vətəndaş itaətsizliyi və məcburi hicabdan imtinası davam etdiyi bir vaxtda hökumətin bir sıra tədbirləri, o cümlədən “iffət və hicab” qanun layihəsinin təsdiqlənməsi cəhdi həyata keçirilir.
AzVision.az