Müharibədən qayıtmış erməni özüylə bir manqanın silah-sursatını gətirib
"Avqustun 15-də 911-ə zəng edən vətəndaş Qarabağ müharibəsinin iştirakçısı olduğunu və Azərbaycandan özü ilə gətirdiyi silah-sursatı Noramarq kənd qəbiristanlığında gizlətdiyini deyib. Cermuk Rayon Daxili İşlər Şöbəsinin əməkdaşları qeyd olunan ərazidə PSO-1 optik nişangahlı SVD tipli snayper, həmçinin 7,62 mm güllələri, 1 ədəd tank əleyhinə qumbaraatanla təchiz edilmiş döyüş sursatı qutusu aşkar ediblər. Bundan başqa 1 ədəd "PP-61B" optik qurğusu, 2 ədəd F-1 qumbarası, 5 ədəd qumbaraatan, 366 ədəd 5,45 mm çaplı və 334 ədəd 7,62 mm çaplı patronlar olan metal qutular, 2 ədəd 12,7 mm çaplı avtomat, 3 tank əleyhinə mina, zirehli gödəkçələr tapıblar".
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan