Blinken: İrana qarşı apardığımız siyasət dəyişməyib

   Blinken:    İrana qarşı apardığımız siyasət dəyişməyib
  16 Avqust 2023    Oxunub:1337
ABŞ-nin İrana qarşı ümumi siyasət kursu davam edir. Vaşinqton çəkindirmə, təzyiq və diplomatiya strategiyasını dayandırmayıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken keçirdiyi mətbuat konfransında İranda həbsdə olan və hazırda ev dustaqlığına köçürülən amerikalıların ailələri ilə danışdığını, həmin məhbusların ev dustaqlığına keçirilməsinin Vaşinqtonun İranla bağlı siyasətimizin digər aspektləri ilə heç bir əlaqəsi olmadığını bildirib.

“Birləşmiş Ştatlar sazişin bir hissəsi kimi İranın sərbəst buraxıla biləcək maliyyə resurslarını yaxından izləyəcək. Əlbəttə, biz İranın ABŞ-nin JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxmasından sonra nümayiş etdirdiyi nüvə təhlükəsini azaltmaq üçün atdığı istənilən addımı alqışlayırıq”, - Blinken deyib.

Tehranla Vaşinqton arasında aylarla bağlı qapılar arxasında aparılan danışıqlardan sonra İranda düşmən hökumətlə əməkdaşlıq və ya casusluq ittihamı ilə həbsdə olan 4 Amerika vətəndaşı Evin həbsxanasından otelə köçürülüb.

Bununla belə, media resursları danışıqlar prosesinə yaxın olan amerikalı mənbəyə istinadən İranın Cənubi Koreyada bloklanmış maliyyə resursları azad olunduqdan sonra amerikalı məhbusların İranı tərk etməsinə icazə veriləcəyini vurğulayırlar.

Məlumatlara görə, İran heç bir yeni maliyyə vəsaiti almayacaq və Cənubi Koreyada bloklanan pullar digər ölkələrdəki məhdud giriş hesablarına köçürüldükdən sonra humanitar məqsədlər və qeyri-sanksiya ticarəti üçün istifadə olunacaq.
AzVision.az


Teqlər: Blinken   İran  





Xəbər lenti