Rusiyada neftin ixrac rüsumları artacaq

   Rusiyada neftin ixrac rüsumları artacaq
  15 Avqust 2023    Oxunub:1105
Rusiyada neftin ixrac rüsumu sentyabrın 1-dən bir ton üçün 4,5 dollar artırılaraq 21,4 dollara çatdırılacaq.
Bu barədə Rusiya Federasiyasının Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, iyulun 15-dən avqustun 14-dək olan monitorinqlər dövründə Urals neftinin orta qiyməti 70,33 dollar/barel və ya 513,4 dollar/ton təşkil edib.

Maliyyə Nazirliyi buna əsaslanaraq, sentyabrın 1-dən neftin rüsumunun bir ton üçün hazırkı 16,9 dollardan 21,4 dollara yüksələcəyini hesablayıb. Neft məhsullarının rüsumları da artırılacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti