Aktyor Pavel Ustinov Ukraynada yaralanmağından danışdı

Aktyor Pavel Ustinov Ukraynada yaralanmağından danışdı
  15 Avqust 2023    Oxunub:2717
Aktyor Pavel Ustinov "Həyat və tale" verilişində çıxışı zamanı Ukrayna müharibəsində necə yaralanmasından danışıb.
“Bizim üzərimizə artilleriya işləyirdi, raketlər getdikcə mövqeyimizə doğru daha da yaxınlaşırdı. Zirzəmidə gizlənməli olduq. Növbəti atışlarda artilleriyanın hansı məqsədlə işlədiyini müəyyənləşdirməli idim. Çıxmaq istəyəndə partlayışın dalğası məni qapıdan atdı”, - Ustinov xatırladıb.

Onun sözlərinə görə, partlayışlardan bir dəqiqə sonra döyüşçülərə məlumat verilib ki, yoldaşları zirzəmidə dağıntılar altında qalıblar. Ustinov və həmkarı dərhal əsgərləri xilas etməyə başlayıb. Aktyor qeyd etdi ki, qaynar nöqtələrdə olarkən çox qorxurub. Lakin belə vəziyyətlər insana nəyə qadir olduğunu anlamağa kömək edir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti