Gənclər zibilli gələcəyə qarşı – FOTOLAR

Gənclər zibilli gələcəyə qarşı –    FOTOLAR
  14 Avqust 2023    Oxunub:2071
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-FEST” adlı ekoloji festival keçirilib.

Avqustun 12-də Dənizkənarı Milli Parkda keçirilən festivalın baş tutmasında əsas məqsəd gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir.


Layinə çərçivəsində 26 tələbə və gənclər təşkilatlarının 2000-dən artıq üzvünün iştirakı ilə 15.000-dən çox plastik butulka yığılıb. Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə gənclər “Dayanıqlı Dünyaya Doğru” devizi altında təmizlik prosesinə cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıblar.


Qeyd edək ki, bu il Beynəlxalq Gənclər günü “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında qeyd olunur.





Teqlər: Ekologiya   Gənclik  





Xəbər lenti