Diləndirilən uşaqların valideyni sığınacağa hücum etdi

  Diləndirilən uşaqların valideyni sığınacağa hücum etdi
  07 Avqust 2023    Oxunub:1304
Bu gün səhər saatlarında Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücum olub.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün səhər saatlarında diləndirilən 2 azyaşlı sığınacağa yerləşdirilib. Münaqişə yaradanlar isə həmin uşaqların valideynləridir.

“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqq edir” - Kəmalə Ağazadə bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Qafqazinfo” bildirib ki, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin naməlum şəxslər tərəfindən hücuma məruz qalması barədə məlumat daxil olan kimi əraziyə dərhal polis naryadları cəlb edilib. Hadisə yerində araşdırmalar aparılıb, şahidlərin və mərkəzin əməkdaşlarının izahatları alınıb. İnsidentin təfərrüatları və baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti