İranda VPN istifadəçilərinin sayında 6000% artım qeydə alınıb

“Proton”, həmçinin İran və Rusiya kimi ölkələrdə “virtual özəl şəbəkə”yə (VPN) müraciət edənlərin sayını hesablamaq üçün yeni mexanizmin işə salındığını elan edib. Şirkət onu da bildirib ki, bu monitorinq sisteminin yaradılmasında məqsəd belə ölkələrdə demokratiyanın vəziyyətini öyrənmək, senzuranın şiddətini qiymətləndirmək və miqyasını ölçməkdir.
“Yeni monitorinq sistemi onlayn senzuranı və şirkətin VPN-dən istifadəyə keçən istifadəçilərin qəfil artımını qeyd etməklə dünyanın müxtəlif yerlərində oxşar məhdudiyyətlərdən yan keçmə cəhdlərinin miqyasını ölçmək üçün istifadə olunur. Moskvanın Ukraynaya hərbi təcavüzü fonunda Rusiya hökumətinin istifadəçilərin müstəqil xəbər saytlarına girişini blokladıqdan sonra isə, burada Proton VPN-dən istifadə etmək üçün istifadəçilərin qeydiyyatı 90 dəfə artıb”, - məlumatda deyilir.
2022-ci ilin oktyabrı İranda misli görünməmiş ictimai etirazların ən yüksək olduğu vaxta təsadüf edir. VPN (virtual şəxsi şəbəkə) istifadəçilərə təhlükəsiz və şifrəli şəkildə serverə qoşulmağa imkan verir. Bu alət vasitəsi ilə istifadəçilər öz şəxsiyyətlərini gizlədə və serverin coğrafi mövqeyinə uyğun şəkildə müəyyən dərəcədə internet şəbəkəsinə daxil olmaq məhdudiyyətindən yan keçə bilirlər.
AzVision.az