Baliyə gedənlərin nəzərinə! Giriş vergisi verəcəksiniz

      Baliyə gedənlərin nəzərinə!    Giriş vergisi verəcəksiniz
  13 İyul 2023    Oxunub:818
Bali 2024-cü ildən xarici turistlər üçün giriş vergisi elan edəcək.
Bu barədə “The Jakarta Post” rəsmilərin məlumatlarına istinadən xəbər yayıb. Belə ki, Bali gələn ildən “Tanrılar adasına” girən turistlər üçün 150 min rupi (10 dollar) vergi tətbiq edəcək.
Əvvəlcə hakimiyyət fərqli vergi məbləği elan etmişdi - 30 dollardan 100 dollara qədər.

Adanın qubernatoru Vayan Kosterin sözlərinə görə, istirahət edənlər rüsumunu elektron şəkildə ödəyə biləcəklər. Bu, adaya gəlməzdən əvvəl edilməlidir. Əcnəbilərə hava limanına gəldikdən sonra nağd şəkildə ödəmə imkanının olub-olmayacağı hələlik məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti