Türkiyə Rusiyadan amfibiya təyyarələr almaq istəyir

Türkiyə Rusiyadan amfibiya təyyarələr almaq istəyir
  13 İyul 2023    Oxunub:811
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə meşə yanğınları ilə mübarizə üçün Rusiyadan əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə etməyi planlaşdırdığını bildirib.
Türkiyə lideri bunu NATO-nun Vilnüs sammiti zamannı onu müşayiət edən jurnalistlərə deyib. “Ümid edirəm ki, Putinlə mən bir neçə amfibiya təyyarəsinin alınması məsələsini müzakirə edəcəyik. Bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir”, - deyə o qeyd edib.

İyulun 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixləri hələ müəyyən edilməyib. Bir neçə gün əvvəl Ərdoğan Rusiya dövlət başçısının avqustda Türkiyəyə səfərini gözlədiyini demişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti