Hayların yeni "hay"ı: Xankəndidə ərzaq qalmayıb - FOTOLAR

   Hayların yeni "hay"ı:    Xankəndidə ərzaq qalmayıb   - FOTOLAR
  13 İyul 2023    Oxunub:1638
Qarabağ separatçıları növbəti dəfə ciddi ərzaq problemləri ilə üzləşdiklərini bəyan ediblər.
"Siyasətçilər" erməni mediasına iqtisadi böhranla bağlı açıqlamalar verir, video və fotolar yayaraq marketlərdəki piştaxtaların surətlə boşalmasından gileylənirlər.

Məsələn, Xankəndidəki qondarma "Ardarutyun" Partiyasının İcraiyyə Komitəsinin sədri Arşak Abramyan yerli ermənilərin artıq əvvəlki kimi ərzaq təminatının normal səviyyədə olmadığını iddia edib.

Qeyd edək ki, ötən il Laçın dəhlizində nəqliyyata məhdudiyyətlərin tətbiq edilməsindən sonra separatçılar tez-tez piştaxtaların boş qaldığını, ərzaq böhranı ilə üzləşdiklərini bəyan edirdilər.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti