Bəlucistanda 12 hərbçi öldürülüb

Bəlucistanda 12 hərbçi öldürülüb
  13 İyul 2023    Oxunub:802
Pakistanın Bəlucistan əyalətində yerləşən Suy rayonunda baş verən atışmada Pakistan ordusunun üç zabiti həlak olub.
AzVision.az xarici mətbuata xəbər verir ki, son günlər Bəlucistan əyalətində baş verən iki hücum nəticəsində azı 12 hərbçi öldürülüb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Pakistan Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2023-cü ilin birinci yarısında ölkədə terror fəaliyyəti öncəki illə müqayisədə 79 faiz artıb. Son altı ay ərzində Pakistan ərazisində qeydə alınan 271 silahlı hücum nəticəsində 400-ə yaxın insan öldürülüb, 670-ə qədər insan isə yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti