ABŞ-Şimali Avropa ölkələrinin sammiti keçiriləcək

ABŞ-Şimali Avropa ölkələrinin sammiti keçiriləcək
  13 İyul 2023    Oxunub:947
Finlandiyada ABŞ və Şimali Avropa ölkələrinin sammiti keçiriləcək.
ABŞ Prezidenti Cozef Bayden sammitdən öncə Finlandiyanın dövlət başçısı Sauli Niinistö ilə 40 dəqiqəlik görüşəcək. Bundan sonra onların Şimali Avropa ölkələrinin baş nazirləri ilə görüşü olacaq. Görüşdə İsveçin Baş naziri Ulf Kristerssonun, Norveçin Baş naziri Yonas Qar Störenın, Danimarkanın Baş naziri Mette Frederiksenin və İslandiyanın Baş naziri Katrin Yakobsdottirin iştirakı gözlənilir.

Xatırladaq ki, analoji zirvə görüşü sonuncu dəfə yeddi il əvvəl - 2016-cı ildə Vaşinqtonda keçirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti