Eli Kohen: "İsrailin Azərbaycandakı səfirliyinə hücumun arxasında İran dayanır"

      Eli Kohen:    "İsrailin Azərbaycandakı səfirliyinə hücumun arxasında İran dayanır"
  13 İyul 2023    Oxunub:1282
"İsrailin Azərbaycandakı səfirliyinə uğursuz hücumun arxasında İran dayanır".
Bunu İsrailin xarici işlər naziri Eli Kohen bəyan edib. Onun sözlərinə görə, İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror aktı törətməyi planlaşdıran terrorçu İran tərəfindən maliyyələşdirib və göstərişləri birbaşa oradan alıb:

"İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük".

Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti