İran 18 min əfqan miqrantı deportasiya edib

   İran 18 min əfqan miqrantı deportasiya edib
  13 İyul 2023    Oxunub:949
Son 10 gündə İranın müxtəlif bölgələrindən sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17 min 926 qeyri-qanuni əfqan mühacir deportasiya edilib.
AzVision.az Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Xorasan Rezevi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca verib.

İran rəsmisi bildirib ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə ölkələrinə qaytarılıb.

Digər tərəfdən İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu bildirib.

Vahidi bildirib ki, əfqan mühacirlərin ölkə üçün təhlükəsizlik problemi yaratdığına dair heç bir məlumatı yoxdur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti