Makrona içərisində insan barmağı olan zərf göndərilib

   Makrona içərisində insan barmağı olan zərf göndərilib
  13 İyul 2023    Oxunub:881
Fransada Yelisey Sarayına içərisində insan barmağı olan məktub göndərilib.
Bu barədə “Valeurs Actuelles” məlumat yayıb. Qeyd olunub ki, bu, Fransa Prezidentinin Parisdəki rəsmi iqamətgahıdır. İyulun 9-10-da saray yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman onun içində insan barmağı aşkarlanıb.

Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib. Barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibi olan şəxsi tapıblar. Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti