Rusiya MN: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb
Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.
"Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.
Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.
AzVision.az
Teqlər: