Tehran müxalif kürd qruplaşmalarını hədələyir

Tehran müxalif kürd qruplaşmalarını hədələyir
  12 İyul 2023    Oxunub:956
İran Silahlı qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Şimali İraqdakı Tehrana qarşı çıxan silahlı kürd qruplaşmalarını daha şiddətli hücumlarla hədələyib.
AzVision.az xəbər verir ki, İraq hökumətini tənqid edən Məhəmməd Baqiri bəzi qonşu ölkələrin sərhədlərlə bağlı öz məsuliyyətlərini lazımınca yerinə yetirmədiklərini və bunun qarşılığında Tehranın özünün lazımi tədbirləri görəcəyini söyləyib.

“İraq Kürdüstanında İrana qarşı çıxan silahlı qrupları tərksilah edəcəyik. Əgər bu müddət keçsə və onlar silahlı qalsalar və ya əməliyyat keçirsələr, bu qruplara qarşı əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq. SEPAH-ın quru qoşunları bu qruplaşmalara qarşı effektiv raket və pilotsuz uçuş aparatları əməliyyatları həyata keçirib. İraq hökuməti sentyabr ayına qədər bu qrupları tərksilah etmək və onların hərəkətlərinin qarşısını almaq öhdəliyini götürdükdən sonra bu əməliyyat dayandırılıb”, - Baqiri deyib.

Rəsmi Bağdad hələlik bu iddialara reaksiya verməyib. Bundan əvvəl iki kürd xəbər saytı iyunun 12-də SEPAH qüvvələrinin Kürdüstan əyalətinin qərbində yerləşən Sarovabad şəhərinə hərbi dəstə göndərərək bu ərazilərin yüksəkliklərini bombaladıqlarını yazıb.

Qeyd edək ki, 2020-2021-ci illərdə İraqla sərhəd bölgələrində münaqişələrlə üzləşən İran kürd müxalif qruplarını həmişə “antiinqilabçı” və “separatçı” kimi qələmə verir.
AzVision.az


Teqlər: İraq   İran  





Xəbər lenti