Qırğızıstan prezidentindən enerji içkiləri ilə bağlı qadağa
Qırğızıstanın dövlət başçısı “Reklam haqqında” qanuna müvafiq dəyişiklikləri təsdiqləyib.
İqtisadiyyat Nazirliyi yeni qadağa ilə bağlı izahatında qeyd edib ki, enerji içkilərinin tərkibində kofein, şəkər, quarana, taurin və jenşen olur. Kofeinlə şəkər isə bu içkilərdən istifadə edənlər üçün sağlamlıq riskləri daşıyır. Bəzi enerji içkilərinin hər porsiyasında 100 mq-a qədər kofein var ki, bu da bir fincan qəhvədə olandan 8 dəfə çoxdur.
Nazirlik həmçinin qeyd edib ki, enerji içkilərindən tez-tez istifadə şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qırğızıstan