Bild qəzeti: “İran agentləri Mina Əhədi ölümlə hədələyiblər”

 Bild qəzeti:  “İran agentləri Mina Əhədi ölümlə hədələyiblər”
  12 İyul 2023    Oxunub:804
İran hökumətinin yalnız ölkə daxilindəki etirazçıları yox, hətta onun siyasəti ilə razılaşmayanları xaricdə də təqib etməsi beynəlxalq aləmdə böyük narazılıq doğurur. Bu dəfə teokratik rejim Almaniya vətəndaşı olan iranlı qadını hədəf seçib.
AzVision.az Almaniyanın “Bild” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Almaniya sakini, qadın hüquqları müdafiəçisi Mina Əhədi İran qüvvələri tərəfindən ölümlə təhdid edilib.

“Bir müddət əvvəl naməlum şəxslər onun müxtəlif ölkələrdə bir neçə dostuna zəng vuraraq farsca “Bu, Mina Əhədinin həyatının son həftəsidir” deyiblər. Almaniya təhlükəsizlik rəsmiləri bu təhdidlərdən bəzilərinin “şübhəsiz” İslam respublikasına aid edilə biləcəyini bəyan deyiblər. Xanım Əhədi bir neçə gün evdən uzaq olub və evə qayıdanda evinin pəncərələrinə yumurta atıldığını görüb. Bir müddət əvvəl xanım Əhədinin iştirak etdiyi tədbirlərdən biri “bomba təhlükəsi” səbəbindən ləğv edilib. Həmişə belə təhdidlər olsa da, amma son vaxtlar bu təhlükələr xeyli artıb”, - qəzet yazıb.

İran agentləri Almaniyada fəaliyyət göstərən iranlıları təhdid etməklə yanaşı, bu ölkənin parlamentarilərini də hədələyiblər. Almaniya parlamentinin üzvü Renata Alt Almaniyada yaşayan iranlıların etirazlarını müşayiət etdiyi üçün İran tərəfindən sanksiyaya məruz qalıb və bəzi adamlar “xanım Alt və ailəsinin həyatı haqqında” məlumat toplamağa cəhd göstəriblər.
AzVision.az


Teqlər: Əhədi   təhdidlər  





Xəbər lenti