Yunanıstan və Türkiyə müdafiə nazirləri görüşəcək
“Mən NATO-nun Vilnüs sammiti çərçivəsində Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşdüm. Biz ikitərəfli münasibətlərimiz, beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığımız üçün müsbət atmosferin, ünsiyyət kanallarının və görüşlərin vacibliyini vurğuladıq. Tərəflər etimad tədbirlərinə dair görüşün təşkili üçün əlaqə saxlamağa razılaşıblar”, - Dendias yazıb.
NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin mayında Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqə saxlamaqdan imtina edib və onu razılaşmaları pozmaqda ittiham edib.
Lakin fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra Mitsotakis Ərdoğana zəng edərək zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür yardım vəd edib. Öz növbəsində Türkiyə Yunanıstanda baş verən dəmir yolu qəzasından sonra başsağlığı verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Yunanıstan