Tehran Moskvaya etirazını bildirib

   Tehran Moskvaya etirazını bildirib
  12 İyul 2023    Oxunub:914
Fars körfəzi ilə həmsərhəd olan ərəb ölkələrinin və Rusiyanın Fars körfəzinin üç adasında hökmranlıq üçün “BƏƏ-nin səylərini” dəstəklədikləri barədə bəyanatından sonra İran Xarici İşlər nazirliyi Rusiyanın Tehrandakı səfirini izahat üçün çağırıb.
AzVision.az İRNA dövlət agentliyinə istinadən bildirir ki, Rusiya səfirinə İranın bu bəyanata “etirazı” çatdırılıb. İranın Xarici İşlər nazirliyinin Fars körfəzi işləri üzrə baş direktoru və nazir köməkçisi Əlirza İnayəti üç ada məsələsi ilə bağlı Rusiyanın öz mövqeyini düzəltməyi tələb edib.
İran Xarici İşlər nazirıiyini şözçüsü Nasir Kənani də Moskvada keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiya Xarici İşlər nazirlərinin altıncı iclasının yekun bəyanatına da münasibət bildirib.

“Nazirlər BƏƏ təşəbbüsü və ikitərəfli danışıqlar yolu ilə üç ada—Böyük Tunb, Kiçik Tunb və Əbu Musa məsələsinin sülh yolu ilə həllinə nail olmaq səyləri də nəzərə alınmaqla, bütün dinc səyləri dəstəklədiklərini bir daha təsdiq etdilər. Amma bu adalar əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatların verilməsi İran və onun qonşuları arasında dostluq münasibətlərinə ziddir. İran mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini vurğulayaraq, regionun inkişafı və sabitliyini region ölkələrinin kollektiv məsuliyyəti hesab edir”, - Kənani deyib.

Qeyd edək ki, dünən Rusiyada Fars Körfəzi Əməkdaşlıq şurasına üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı iclasının nəticələri barədə yekun bəyanatda İranı ıcıqlandıran bu məsələ ehtiva olunub.
AzVision.az


Teqlər: Rusiya   İran  





Xəbər lenti