Ukraynaya PUA-ları aşkarlayan sistemlər veriləcək

Ukraynaya PUA-ları aşkarlayan sistemlər veriləcək
  12 İyul 2023    Oxunub:904
Yaponiya Ukraynaya pilotsuz uçuş aparatları (PUA) aşkarlayan sistemlər verəcək.
Bunu Yaopniyanın baş naziri Fumio Kisida NATO sammitində deyib. Onun sözlərinə görə, hökumət başçısı Yaponiyanın bundan sonra da Ukraynaya qeyri-öldürücü yardımlar göstərəcəyini vurğulayıb.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın Kansleri Olaf Şolts Ukraynaya “Patriot” zenit-raket kompleksinin əlavə buraxılış qurğularının və raketlərin verilməsi haqqında razılığa gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti