BQXK-nın “Le Monde” qəzetinə ikibaşlı cavabı
Bu fikirləri Fransanın “Le Monde” qəzeti onun Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsinin "qaçaqmalçılıq" fəaliyyəti əsasında Laçın dəhlizində nəqliyyatın hərəkətini dayandırması ilə bağlı BQXK-ya müraciətinin cavabı kimi dərc edib.
Xatırladaq ki, “Le Monde” Ermənistanı Azərbaycan ərazisindəki separatçılarla birləşdirən yeganə quru yolun Azərbaycan tərəfindən bağlanması ilə bağlı məqalə yayımlayıb. Məqalədə bildirilir ki, BQXK-nın Ermənistan bölməsinə məxsus avtomobillərin nəzarət-buraxılış məntəqəsindən “çoxsaylı qaçaqmalçılıq cəhdləri”nə görə Azərbaycan bu addımı atıb. Ancaq “Le Monde” bu qaçqamalçılıq cəhdlərini əks etdirən videonu təəssüf ki, yayımlamayıb.
Nədənsə, həmişə xəbərlərinin “obyektivliyinə” cəhd edən “Le Monde” BQXK ilə müqavilə bağlayan bu işçiləri niyə özününkü hesab etmədiyini aydınlaşdırmayıb. Əgər onların müqaviləsi varsa, deməli BQXK buna görə məsuliyyət daşıyır. Həmçinin “Le Monde” həmin şəxslərin avtomobillərinin “müvəqqəti BQXK emblemini” necə daşıya bilməsini də aydınlaşdırmağı unudub. Humanitar xarakterli hesab edilən bu beynəlxalq təşkilatın ən həssas nöqtələrdə belə kobud səhvlərə yol verməsi isə bağışlanmazdır.
AzVision.az
Teqlər: