İndoneziya İranın neft tankerini ələ keçirib
Gəmi cümə günü İndoneziyanın şimalındakı Natuna dənizi sahillərində Kamerun bayraqlı gəmiyə neft ötürərkən aşkar edildikdən sonra ələ keçirilib.
“Hər iki tanker qaçmağa cəhd göstərib və İran bayraqlı tanker Malayziyaya doğru hərəkət edərkən İndoneziya rəsmiləri onu Malayziyanın köməyi ilə ələ keçirib. Tanker avtomatik identifikasiya sisteminə müdaxilə kimi digər dəniz qaydalarını pozmaqda da şübhəli bilinir. “MT Arman” tankeri Qırmızı dənizdə öz mövqeyini göstərməyə çalışırdı və deyəsən, onların əvvəlcədən pis niyyətləri var idi”, - məlumatda deyilir.
Son illər Vaşinqtonun sərt sanksiyalarından sonra, xüsusən də neft ixracı sahəsində ciddi təzyiqlərlə üzləşən Tehran, sanksiyalardan yan keçmək və neftin satış nöqtəsini gizlətmək üçün öz tankerlərinin izləmə sistemini sıradan çıxarmaqda günahlandırılır.
AzVision.az
Teqlər: İndoneziya İran