Kənani: "Azərbaycan səfirliyinin təhlükəsizliyi maksimum dərəcədə təmin olunacaq"

   Kənani:    "Azərbaycan səfirliyinin təhlükəsizliyi maksimum dərəcədə təmin olunacaq"
  11 İyul 2023    Oxunub:1115
Bu il yanvarın 27-də bir nəfər silahlının Azərbaycanın İrandakı səfirliyinə hücumu səfirlik əməkdaşlarından birinin ölümü, ikisinin isə yaralanması ilə nəticələndi. Həmin hücumu terror aktı adlandıran rəsmi Bakı yanvarın sonunda Azərbaycanın bu ölkədə səfirliyinin bağlanması barədə qərar verdi.
AzVision.az xəbər verir ki, terror hücumundan keçən müddət ərzində Azərbaycan hadisənin səbəblərinin, iştirakçılarının, habelə buna açıq-aşkar şərait yaradanların motivlərinin doğru-düzgün araşdırılması və bu terror aktını törədənlərin müəyyənləşdirilərək cəzalandırılması tələbini qoyub.

Bu baxımdan, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənaninin ənənəvi mətbuat konfransında Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini Tehranın ən yüksək səviyyədə təmin edəcəyini söyləməsi çox maraqlıdır.
- İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək və təbii ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyi imkan daxilində qorunacaq. İndi biz çox yaxşı və konstruktiv ikitərəfli yoldayıq, hər iki tərəf dialoq və ikitərəfli münasibətlər çərçivəsində baş verənlərin öhdəsindən gəlməyə razıdır”, - Kənani deyib.

Qeyd edək ki, həmin terro aktından sonar İrandakı səfirliyini bağlayan Azərbaycan, yalnız Təbrizdəki baş konsulluğu saxlayıb.

AzVision.az





Teqlər: Azərbaycan   İran  





Xəbər lenti