İranda neft emalı zavodunda yanğın baş verib - VİDEO

İranda neft emalı zavodunda yanğın baş verib -  VİDEO
  11 İyul 2023    Oxunub:984
İranın Bəndər Abbas şəhərinin qərbində Fars körfəzinin sənaye şəhərciyində yerləşən Aftab neft emalı zavodunda nüft məhsulları ilə dolu 3 çən yanıb.
AzVision.az Hörmüzqan Tibb elmləri universitetinin sözçüsü Röya Cahangirinin İRNA agentliyinə müsahibəsinə istinadən xəbər verir ki, hadisə zamanı 8 yanğınsöndürən yaralanıb. Həmçinin bütün tibb mərkəzlərinin və xəstəxanaların hazır vəziyyətdə olduğu, insan və maddi ziyanın miqdarının hələ də araşdırıldığı bildirilib.

Yanğınla bağlı məhkəmə işi qaldıran Hörmüzqan əyalətinin prokurorunun və ekspertlərin fikrincə, hadisə yerində yanğının temperaturu yüksək olduğundan, hazırda onun dəqiq səbəblərini açıqlamaq mümkün deyil.

Son illərdə Tehran neft emalı zavodu, İrandakı fabriklər və sənaye mərkəzləri də daxil olmaqla, neft emalı zavodlarında çoxlu oxşar yanğınlar baş verir. İran hakimiyyət orqanları isə adətən bu yanğınların səbəblərini ictimaiyyətə açıqlamaqdan imtina edirlər.

AzVision.az


Teqlər: İran   yanğın  





Xəbər lenti