İtən helikopterin qəzaya uğradığı məlum olub

   İtən helikopterin qəzaya uğradığı məlum olub
  11 İyul 2023    Oxunub:1244
Nepalın "Manang Air" şirkətinə məxsus helikopter Solukhumbu bölgəsində qəzaya uğrayıb. Bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, helikopterdə 6 nəfər olub. Onların taleyi haqqında heç nə məlum deyil.

Daha əvvəl “The Himalayan Times” aviaşirkətin nümayəndələrinə istinadən xəbər vermişdi ki, helikopterdə 5 Meksika, bir Nepal vətəndaşı olub.

Helikopter səhər saat 10 radələrində Solukhumbu bölgəsindəki Surkedən havaya qalxaraq Katmanduya istiqamət alıb. Onunla əlaqə təxminən 15 dəqiqə sonra itib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nepal  





Xəbər lenti