Stoltenberq: "F-16-ların Türkiyəyə verilməsi razılaşmanın bir hissəsi deyil"

      Stoltenberq:    "F-16-ların Türkiyəyə verilməsi razılaşmanın bir hissəsi deyil"
  11 İyul 2023    Oxunub:952
Amerika F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi İsveçin Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsi ilə bağlı razılaşmanın bir hissəsi deyil.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Eyni zamanda, baş katib qeyd edib ki, razılaşmalar çərçivəsində Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, iyulun 10-da axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və Stoltenberq iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

İsveç xüsusilə Türkiyədəki Xalq Müdafiə Birliklərinə (YPG) və FETÖ təşkilatına dəstək verməyəcəyini təsdiqləyib, eyni zamanda respublikanın Avropa Birliyinə üzvlüyünə fəal dəstəyini açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti