Bayden Böyük Britaniyaya səfər edib
Cozef Bayden və Rişi Sunak arasında danışıqların əsas mövzularından biri Ukraynaya kaset bombalarının tədarükü məsələsi olacaq. ABŞ-ın bununla bağlı qərarı NATO-dakı müttəfiqləri arasında narahatlıq doğurub. Britaniya hökumətinin başçısı bildirib ki, London Vaşinqtonun bu qərarını dəstəkləmir.
Amerika lideri Britaniyaya səfəri ərəfəsində CNN telekanalına müsahibəsində deyib ki, Ukrayna hələ NATO üzvlüyünə hazır deyil. Onun sözlərinə görə, təşkilat Ukraynanın alyansa qəbulu məsələsinə yalnız müharibə başa çatdıqdan sonra baxa bilər, lakin Kiyevə yardımlar davam etdiriləcək.
AzVision.az
Teqlər: