Dünyanın böyük şəhərlərində anti-Tehran aksiyaları keçirilib

Dünyanın böyük şəhərlərində anti-Tehran aksiyaları keçirilib
  10 İyul 2023    Oxunub:1024
Avropa ilə Kanadanın Monreal, Vankuver, London, Oslo, Berlin, Ştutqart, Hamburq, Frankfurt, Amsterdam, Stokholm, Malmö, Göteborq, İstanbul, Brüssel və bir sıra digər böyük şəhərlərində İrana xalqına, eləcə də reper Tomaj Salehiyə dəstək üçün etiraz aksiyaları keçirilib.
AzVision.az xəbər verir ki, aksiyada iştirak edənlər etirazçı reperin və İranda həbs olunan digər aksiya iştirakçılarının dərhal azadlığa buraxılmasını, onlara kəsilən ölüm hökmünün icrasının dayandırılmasını tələb ediblər.

Monreal mitinqində iştirak edənlərin çoxu üzərində reperin təsviri olan köynəklər geyinib, əllərində fransız, ingilis və fars dillərində “Tomaj Salehi azad edilməlidir”, “Qadın, Həyat, Azadlıq” kimi şüarlar yazılmış plakatlar tutublar.

Londonda isə Salehiyə dəstək məqsədilə keçirilən kütləvi aksiya İran səfirliyi qarşısında baş tutub.

Qeyd edək ki, rep və etiraz dolu fikirləri ilə tanınan sənətçi Tomaj Salehi ötən il oktyabrın 30-da Çaharmahal və Bəxtiyari əyalətlərinin Gərdbişə kəndində ümummilli etirazlar zamanı həbs edilib. İsfahanın Şahinşəhr şəhərindən olan etirazçı həbs olunmazdan əvvəlki günlərdə xalqa dəstək üçün xeyli paylaşımlar etmişdi. Reper uzun müddət vəkildən məhrum edilib.

AzVision.az



Teqlər: Aksiya  





Xəbər lenti