İki milyarddan çox insanın həyatı təhlükə altındadır

   İki milyarddan çox insanın həyatı təhlükə altındadır
  10 İyul 2023    Oxunub:901
Dünya istiləşdikcə, hər il daha çox insan təhlükəli dərəcədə yüksək temperaturlara məruz qalır.
“Nature Sustainability” jurnalında dərc olunan son nəticələr göstərir ki, siyasət dəyişikliyi olmasa, dünya əsrin sonuna qədər kifayət qədər istiləşəcək ki, 2 milyarddan çox insan həyatı üçün təhlükə yaradan isti iqlimlərdə yaşayacaq.

“Science Hub”a görə, indiyədək dünyanın orta temperaturu insan fəaliyyəti nəticəsində 1,2 dərəcə qalxıb. Bununla belə, yeni bir araşdırma göstərdi ki, əhali artımı və ətraf mühit şəraiti ilə qlobal temperatur sənayedən əvvəlki səviyyədən təxminən 4,8 dərəcə farenqeytə (Noram 2,7 farenqeyt – Qeyd) çata bilər.

40 il əvvəl dünyada yalnız 12 milyon insan temperaturun bundan yuxarı olan bölgələrdə yaşayırdı. Bu gün artıq yaşadığımız istiləşmə səbəbindən 60 milyona yaxın insan zərər çəkib.

Tədqiqat 2100-cü ilə qədər proqnozlaşdırılan 9,5 milyard dünya əhalisinin 2 milyardının orta temperaturu farenqeytdən 84,2 dərəcədən yuxarı olan ərazilərdə yaşayacağını göstərir. Ən çox təsirlənən ərazilər ekvator ətrafındakı ölkələr olacaq: Hindistan, Nigeriya, İndoneziya, Filippin və Pakistan.

AzVision.az


Teqlər:





Xəbər lenti