Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanılı

Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanılı
  10 İyul 2023    Oxunub:917
Polşa Daxili Təhlükəsizlik Agentliyi Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşını saxlayıb.
Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb. Şübhəli şəxs iyunun 21-də saxlanılıb. O, Polşa hakimiyyəti tərəfindən casusluq fəaliyyəti ilə bağlı mütəşəkkil cinayətkar qruplaşmada iştirakda ittiham olunan 15-ci şəxs olub.

Saxlanılan şəxsin 2019-cu ildən Polşada olduğu qeyd edilir. Müstəntiqlərin sözlərinə görə, o, ölkədə kritik infrastrukturu və hərbi obyektləri nəzarətdə saxlayırmış.


AzVision.az


Teqlər:





Xəbər lenti