Ukraynanın NATO-dakı gələcəyi ilə bağlı variantlar açıqlanıb

   Ukraynanın NATO-dakı gələcəyi ilə bağlı variantlar açıqlanıb
  10 İyul 2023    Oxunub:987
NATO-ya üzv ölkələr Ukrayna ilə alyansın gələcəyini müzakirə edir və bu ölkəyə təhlükəsizlik zəmanəti verməyə və ya İsrail modeli ilə hərbi cəhətdən kömək etməyə hazırdırlar.
Bu barədə Financial Times (FT) təşkilatdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti qeyd edib ki, İsrail modeli xeyli sərmayə tələb edəcək. Bundan əlavə, təhlükəsizlik zəmanətlərinin verilməsi məsuliyyət baxımından alyansa baha başa gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bildirib ki, Vaşinqton Ukraynaya İsrail modelində təhlükəsizlik zəmanəti verməyə hazırdır. Onun sözlərinə görə, Vaşinqtonun zəmanət verməsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması demək deyil.

Qeyd edək ki, İsrail modeli üzrə təhlükəsizlik zəmanətləri ABŞ-ın üzərinə götürdüyü 10 illik öhdəlikdir. Onlar hərbi və maliyyə yardımı paketlərinin təqdim edilməsini, eləcə də birgə istehsalın mümkünlüyünü nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti