Almaniya Ukraynaya kaset sursatlarının verilməsini dəstəklədi

   Almaniya Ukraynaya kaset sursatlarının verilməsini dəstəklədi
  10 İyul 2023    Oxunub:1061
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ABŞ-ın Ukraynaya yardım çərçivəsində kassetli sursatların ötürülməsi qərarını dəstəkləyib.
Bu barədə Almaniya Prezidenti “ZDF” telekanalına müsahibəsində deyib. Almaniya prezidenti hesab edir ki, hökumət müttəfiqlərin yoluna mane olmamalıdır: “Ölkəmiz “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədinə qoşulsa belə, hazırda biz düzgün mövqedəyik. Müttəfiq ölkələrin Ukraynaya gələcək dəstəyi vacibdir”.

Qeyd edək ki, Beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə, Dublində qəbul edilmiş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir.

AzVision.az


Teqlər:





Xəbər lenti