Anası ilə mübahisə edib özünü yandırdı

   Anası ilə mübahisə edib özünü yandırdı
  10 İyul 2023    Oxunub:1133
Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb. E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti