"Şərqi Avropanın nüvə obyektlərini eyni anda vuracağıq" - Rusiyadan sərt xəbərdarlıq
Siyasətçi Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə zərbələr endirə biləcəyinə işarə edərək: “Utanmalı heç nə yoxdur", -deyə yazıb.
Bu gün səhər saatlarında "Mash" teleqram kanalı Ukrayna qüvvələrinin Smolensk AES-ə hücum etməyə cəhd etdiyini bildirib. Telegram kanalının məlumatına görə, zərbənin Britaniyanın “Storm Shadow” qanadlı raketləri tərəfindən həyata keçirildiyi iddia edilir. Mərmilər saat 14:00 radələrində Bryansk vilayətinin Bıtoş kəndi üzərində Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: